11 avqust 2020 11:53
668

Rusiyada koronavirusa yoluxma artdı

Rusiyada son sutka ərzində daha 4 945 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Rusiyada COVID-19-a yoluxanların sayı 897 599 nəfərə çatıb.

Son sutka ərzində 130 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 15 131 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.