11 avqust 2020 16:55
863

Ad günü keçirənlər cərimələnib - FOTO

Yevlax Rayon Polis Şöbəsinə rayonun Qaraməmmədli kəndindəki kafelərin birində ad günü qonaqlığı keçirilməsi barədə məlumat daxil olub.

“İki sahil”in məlumatınna görə, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Məlumatla əlaqədar polis əməkdaşları dərhal həmin ünvana gəlib və orada karantin rejiminin qaydalarının pozulduğu aşkar edilib.

Mərasim dayandırılıb və orada olanlardan 9 nəfər polis şöbəsinə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.