Dekorativ-tətbiqi sənətin unikal nümunələrinin qorunub saxlanıldığı, nümayiş etdirildiyi Azərbaycan Milli Xalça Muzeyində 360 dərəcə virtual tur yeniləndi.
Muzeydən “İki sahil”ə verilən məlumata görə, virtual tur vasitəsilə arzu edən hər kəsin Bakının ən orijinal və möhtəşəm memarlıq binasını bütünlüklə gəzmək, onun ayrı-ayrı mərtəbələrindəki eksponatları görmək imkanı var.
Azərbaycan Milli Xalça Muzeyinə virtual tur etmək istəyən şəxslər bunun üçün telefon, planşet və ya kompüterdən istifadə edə bilər. Eyni zamanda, muzeyi dünyanın istənilən nöqtəsindən virtual reallıq eynəkləri vasitəsilə gəzmək mümkündür.
Qeyd edək ki, muzeyə 360 dərəcə virtual turda Azərbaycan və ingilis dillərində müfəssəl məlumat yer alır.
Bir sözlə, COVİD-19 pandemiyası ilə əlaqədar yaranmış maneələrə baxmayaraq, hər zaman tamaşaçılarını düşünən Azərbaycan Milli Xalça Muzeyi dünyanın istənilən nöqtəsində yaşayan insanlara daha yaxın və əlçatandır.
Azərbaycan Milli Xalça Muzeyinin yenilənmiş 360 dərəcə virtual turu buradan izləmək mümkündür.
Fuad Hüseynəliyev: Azərbaycan hər zaman şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır
MEMİM-in “Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib
Naxçıvan Dövlət Kukla Teatrı III Beynəlxalq Monotamaşalar Festivalında iştirak edəcək