Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqlarda vasitəçilik missiyası daşıyan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən olan Rusiyanın Ermənistana cari ilin iyul ayından etibarən külli miqdarda silah-sursat ötürməsi gündəmin əsas müzakirə mövzularından biridir. Tovuz hadisələri baş verəndən dərhal sonra iyulun 17-dən etibarən "İl 76" təyyarələri vasitəsiylə Rusiyadan Ermənistana Mozdok-Minvod-Aktau -Türkmənbaşı- Mehri- İrəvan istiqamətində silahların daşınması həyata keçirilir. Sözügedən marşrutların hərəkət trayektoriyasını bağlı faktlar da Azərbaycan mətbuatında ciddi şəkildə əks olunub. Avqustun 25-dən etibarən də hər gün Minvodı-Mozdok-Aktau-Türkmənbaşı-Novşəhr-Rəşt-Mehri-İrəvan istiqamətində silah daşınmasıyla bağlı uçuşlar həyata keçirilir. Türkiyənin “Haber Global” kanalı bu məsələ ilə bağlı reportaj təqdim edib.
YAP Sədrinin müavini Tahir Budaqov Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb - FOTO
Niklas Vaqner: Almaniya və Azərbaycan Strateji Gündəlik vasitəsilə münasibətlərini daha da dərinləşdirdilər