Astara rayonunun Hamoşam kəndində xalqımızın əski adət-ənənə sənətkarlığa indinin özündə də sonsuz məhəbbət yaşanır. Kəndin bir qrup evdar qadını uzun illərdir yun corablar, əlcəklər toxuyurlar. Onlar bu işlə maddi durumunu təmin etməklə yanaşı asudə vaxtlarını da səmərəli keçirilirlər.
Əski adətlərə dəyər verən tarixçi Ağarəhim müəllim 2017-ci ildə əslən ABŞ-in Minnesota Ştatından olan, respublikamızda “Azərbaycan corabları” şirkətini təsis edən xanım Teresa Hamlin ilə Bakı şəhərində görüşür, onu Hamoşama dəvət edir. Kənddə corab toxumaqla məşğul olan qadınlarla görüşdürür. Həmin vaxtdan amerikalı xanım Hamoşam kəndindəki toxucu qadınlarla əməkdaşlıq əlaqələri qurmaqla ildə dörd dəfə onlar üçün öz ölkəsindən keyfiyyətli saplar gətirir və milli naxışlı əl işlərinin haqqını yüksək qiymətlə ödəyir. Həcinin qadınların toxuduğu corablarının Avropada, Amerikada onlayn satışını təşkil edir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Fuad Hüseynəliyev: Azərbaycan hər zaman şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır
MEMİM-in “Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib
Naxçıvan Dövlət Kukla Teatrı III Beynəlxalq Monotamaşalar Festivalında iştirak edəcək