Azərbaycan bayrağı Pakistan ordusu və bütün Pakistan üçün Pakistan bayrağı qədər müqəddəsdir.
Bu sözləri Azərbaycan Televiziyasının “Hədəf” proqramında Pakistan İslam Respublikası Senatının Xarici Əlaqələr Komitəsinin sədri, senator Müşahid Hüseyn Seyyid deyib.
Senator bildirib: “Ona görə də biz həmişə sizin bayrağınızı öz bayrağımız kimi qorumağa, sizin şərəfinizi öz şərəfimiz, sizin ərazi bütövlüyünüzü öz ərazi bütövlüyümüz kimi dəstəkləməyə hazırıq!”.
M.H.Seyyid daha sonra iki ölkə arasındakı əlaqələrdən, perspektivlərdən danışıb.
Senatorun Pakistan-Azərbaycan əlaqələrinə dair fikirlərinə daha geniş şəkildə “Hədəf”in 19 sentyabr saat 21:00-da yayımlanacaq buraxılışında baxa bilərsiniz.
Trend
YAP Sədrinin müavini Tahir Budaqov Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb - FOTO
Niklas Vaqner: Almaniya və Azərbaycan Strateji Gündəlik vasitəsilə münasibətlərini daha da dərinləşdirdilər