UEFA 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin oyunlarının vaxtını açıqlayıb.
"İki sahil" "Report"a istinadən xəbər verir ki, turnir 2021-ci ilin martında başlayacaq və noyabrda yekunlaşacaq. Pley-off oyunları isə 2022-ci ilin martında gerçəkləşəcək.
Gələn ilin martında və avqust-sentyabr aylarında hərəyə 3, oktyabrda və noyabrda isə hərəyə 2 tarixdə oyunlar olacaq. Pley-off oyunları üçün də 2 tarix nəzərdə tutulub.
May-iyun aylarında isə AVRO-2020 öncəsi hazırlıq qarşılaşmaları olacaq.