25 sentyabr 2020 00:11
794

Baş Prokurorluq təkzib edib

Baş Prokurorluq bəzi kütləvi informasiya vasitələrində Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynının guya qəsdən öldürülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

“İki sahil” AZƏRTAC-a istinadla xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumatda qeyd olunub: “Tərəfimizdən həmin məlumatlar təkzib olunaraq bildirilir ki, həmin informasiya həqiqəti əks etdirmir. İstintaqın gedişi və nəticəsi barədə ətraflı məlumatın verilməsi təmin olunacaq. Kütləvi informasiya vasitələrindən dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş edilir”.