01 oktyabr 2020 14:11
747

Ermənilər Rusiyada azərbaycanlı vəkilə hücum etdi

Rusiyda azərbaycanlı vəkil,ictimai və siyasi xadim Elman Paşayevə naməlum şəxslər hücum edib. 

"İki sahil" “Report”a istinadən xəbər verir ki, Paşayevin sözlərinə görə, hücum edənlərdən biri hadisə zamanı sənədini yerə salıb. O, cinayəti törətməkdə şübhəli bilinənlərə hücumun sifarişçisini deməyi msələhət görüb.

"Bu gün (oktyabrın 1-də) saat 10:45 (Moskva vaxtı ilə) “”360” telekanalının binasından çıxarkən, bu TV-nin jurnalistlərinin yanında mənə hücum olub”, - Elman Paşayev deyib.

Azərbaycanla Ermənistan arasındakı döyüşlərə görə hadisəni erməni etnik qrupundan olanların törətdiyi ehtimal edilir.