29 oktyabr 2020 16:54
689

Fransa kubokunun oyunları təxirə salındı

Fransa kubokunun oyunları koronavirus səbəbindən təxirə salınıb.

“İki sahil” “qol.az-”a istinadən  xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının saytı məlumat yayıb. Bildirilib ki, Fransa kuboku da daxil olmaqla bir sıra daxili turnirlərdə bu mövsüm 1 dekabr tarixinədək dayandırılıb. Fasilə kiçik liqalarda və qadın komandalarının bir neçə yarışına da tətbiq olunub.

Fransa çempionatının isə dayandırılmamasına qərar verilib. Liqa 1 matçları  azarkeşsiz oynanılmağa davam edəcək.