30 oktyabr 2020 10:24
419

“Qalatasaray”ın futbolçusunda koronavirus aşkarlandı

“Qalatasaray”ın bir futbolçusunda koronavirus aşkarlanıb. 

“İki sahil” klubun saytına istinadən  xəbər verir ki, oktyabrın 31-də baş tutacaq “Ankaragücü” ilə Super Liqa matçı öncəsi bütün kollektivdən koronavirus testi götürülüb.

Nəticədə futbolçulardan birinin testi müsbət nəticə verib. Adı açıqlanmayan oyunçu karantinə alınıb və müalicəsinə start verilib.