09 noyabr 2020 18:34
672

Xocavənd istiqamətində düşmənin “Tor-M2KM” ZRK-sı vurulub

Bu gün saat 15:50-də cəbhənin Xocavənd istiqamətində düşmən tərəfindən fərdi yaşayış evlərinin arasında yerləşdirilmiş və aviasiya vasitələrimizə qarşı tətbiq olunan “Tor-M2KM” zenit-raket kompleksi (ZRK) bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

Bu barədə "İki sahil" Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.