17 noyabr 2020 17:11
3361

Şəhidim mənim

Şəhidim mənim

Demədin Vətən boynumda yükdür,

Ey cənnət qoxulu şəhidim mənim.

Haqqını halal et, haqqın böyükdür,

Ey cənnət qoxulu şəhidim mənim.

                ****

Şücaətin dastan oldu dillərdə,

Haqqın ilə ödədin öz borcunu,

Saxlamadın gələcək nəsillərə,

Ey cənnət qoxulu şəhidim mənim.

                ****

Gözlərini yola dikdi analar,

Dərdi böyük bir mələkdir analar,

Allah bilir nələr çəkdi analar,

Ey cənnət qoxulu şəhidim mənim.

                   ****

Candan keçdin torpağın azad olsun,

Sən istədin elin, oban şad olsun,

İstəmədin ana yurdun yad olsun,

Ey cənnət qoxulu şəhidim mənim.

 

Qan ağlayan doğmaların gözləri,

Göz yaşları daşırar dənizləri,

Şərəfinlə sən ucaltdın bizləri,

Ey cənnət qoxulu şəhidim mənim.

 

Vətən səni harayına çağırdı,

Tanrı cənnət sarayına çağırdı,

Sənin üçün göylərdən nur yolladı,

Ey cənnət qoxulu şəhidim mənim.

 

VƏTƏN

Hüsnünə heyrandı gözüm,

Xoş söhbətim,şirin sözüm.

Axı sənsiz necə dözüm,

Sənə qurban canım Vətən.

          ****

Bulağından su içmişəm,

Neçə diyardan keçmişəm,

Dağın, dərəsin gəzmişəm,

Hər bir günüm, anım Vətən.

            ****

Bir tərəfin yaralıdır,

O saf qəlbin paralıdır,

Baş bədəndən aralıdır,

Damarımda qanım Vətən.

 

Savaşa hazır Azərbaycan əsgəri

Qarabağım çox darıxıbdı mənsiz,

Həsrətdən ürəyimi dəlirəm.

Gorbagorlar öləcəksiz kəfənsiz,

Cındır-çuxa, əski bürün, gəlirəm.

               ****

Hasar  olum, sərhədinə hör məni,

Baş Komandan ön cəbhəyə ver məni,

Nə tuladır, nə küçükdür erməni,

İt sürüsü möhkəm durun, gəlirəm.

            ****

Sular axar yola düşər axınla,

Namərd kimi gəbərərsiz bilirəm.

Vidalaşın dost-tanışla, yaxınla,

Məzar qazın, tədbir görün, gəlirəm.

             ****

Hər kəlməmiz böyüdüldü, söz oldu,

Min tərəfə, min cinaha yozuldu,

Səbr etməkdən başım, beynim pozuldu,

Asılmağa kəndir hörün, gəlirəm.

 

Zəfər bizimdir

Torpağıma yadlar tamah saldılar,

Neçə-neçə günahsız can aldılar.

Şirin-şirin xəyallara daldılar,

Artıq qisas vaxtı gəlibdir indi,

Möhkəm dayan xalqım, zəfər bizimdir!

           *****

Yumruq olub birləşəyim hamımız,

Boş-boşuna axmaz, axan qanımız,

Qurban olsun haqq yolunda canımız,

Yol gedirik haqqa tərəf biz indi,

Möhkəm dayan xalqım, zəfər bizimdir!

****

Kömək olsun millətimə yaradan,

Şəhidlərin qanı yerdə qalmasın.

İtib gözdən, çıxır bir-bir aradan,

Peşman olub düşmən dizin-dizindi

Möhkəm dayan xalqım, zəfər bizimdir!

****

Alım belə igidlərin qadasın,

Rəhm eyləmə ver düşmənin bəlasın.

Gec anladı xain itlər xətasın,

Murdarlara açdırmırıq  göz indi,

Möhkəm dayan xalqım, zəfər bizimdir!

        ****

Azad edib torpaqları dön geri,

Məzar eylə xainlərə səngəri,

Ey sarsılmaz Azərbaycan əsgəri!

Tarix yazıb sərhədləri  çız indi,

Möhkəm dayan xalqım, zəfər bizimdir!

Nicat  Eyyubov