29 noyabr 2020 21:34
711

Bakıda beşmərtəbəli binada yanğın olub

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 2500 m² olan (hər mərtəbəsi 500 m²) beşmərtəbəli binanın (qeyri-yaşayış təyinatlı) üçüncü mərtəbəsində sahəsi 200 m² olan otağın yanar konstruksiyaları 150 m² sahədə və içərisində olan mətbəx ləvazimatları yanıb.

"İki sahil" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.