01 dekabr 2020 22:25
804

Trir şəhərində sürücü avtomobili piyadaların üstünə qəsdən sürüb

Almaniyanın Trir şəhərində avtomobili piyadaların üstünə sürən sürücü bunu qəsdən edib.

"İki sahil" SWR telekanalına istinadla xəbər verir ki, bunu şəhərin ober-burqomistri Volfram Laybe bildirib.

Polis orqanlarının məlumatına əsasən, hadisəni 51 yaşlı Almaniya vətəndaşı törədib. O, saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərib. Hadisənin motivləri məlum deyil. Sürücü avtomobili piyada zonasında bir kilometrə yaxın sürüb və qabağına çıxan insanları necə gəldi vurub.

Qeyd edək ki, Trir şəhərində avtomobilin piyadalar üçün nəzərdə tutulan zonaya girməsi nəticəsində 2 nəfər həlak olub, 15 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.