04 dekabr 2020 21:43
991

"Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar layihə çərçivəsində ikinci yardım aksiyası keçirilib FOTO

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin çağrışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyi (TÜİB) başkanı Hüseyin Büyükfıratın dəstəyi ilə "Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi çərçivəsində ikinci yardım aksiyası olaraq Şəki şəhəri və rayonu əhatə edən bütün şəhid ailələrinin ehtiyaclarını təmin edəcək sovqatların ünvanlara çatdırılmasına start verilib.

"İki sahil" xəbər verir ki, R.Həsən bu layihənin həyata keçirilməsinə öz dəstəyini əsirgəməyən Türkiyə Cümhuriyyəti Bakı Böyükelçisi cənab Erkan Özorala, TÜİB sədri Hüseyin Büyükfırata, qardaş Türkiyə Cümhuriyyətinin dövlət və hökumət adamlarına, eyni zamanda yardımların paylanmasında  hərtərəfli şərait yaradan, ev sahibliyi edən Şəki şəhərindən Milli Məclisin deputatı Vüqar İsgəndərova və Şəki Şəhər İcra Hakimiyyətinə xüsusi təşəkkürünü bildirib.