Gədəbəy rayonunun Dəyəqarabulaq kənd tam orta məktəbinin Azərbaycan dili müəllimi Kənan Müzəffərli Zəngilan rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.
"İki sahil" xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.
Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi şəhidimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir.