14 dekabr 2020 12:34
956

Şəhidlərimizə həsr olunmuş videoçarx hazırlanıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı Vətən müharibəsində şəhid olan əsgərlərimizə həsr olunmuş videoçarx hazırlayıb.

İdarədən "İki sahil"ə bildirilib ki, videoçarx kitabxananın “Facebook”, “Instagram” və “Twetter” səhifəsində oxuculara təqdim olunub.

Videoçarxda qeyd edilir ki, şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir.

Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir. Şəhidi olmayan xalqın mənliyi, kimliyi bilinməz, azadlığı qanı, canı ilə qazanmayan xalq kölə kimi həyəcan içində yaşayar.