28 dekabr 2020 13:49
689

İrəvanda qarşıdurma: Deputat etiraçıları döydü - VİDEO

Ermənistanda hökumət və baş nazir Nikol Paşinyanın komandasına qarşı etirazlar getdikcə daha da artır.

Azvision.az xəbər verir ki, bu gün bir qrup erməni ilə Paşinyanın “Mənim addımım” fraksiyasında təmsil olunan deputat Sisak Qabrielyan arasında insident yaşanıb.

Avtomobilində əyləşən deputat ünvanına səslənən təhqirlərə dözməyərək aksiya iştirakçılarına hücum edib. Ermənilər bundan sonra ona yumurta atmağa başlayıblar. Hadisəyə polis müdaxilə etdikdən sonra ara sakitləşib.