Bu videodakı səs II Qarabağ müharibəsində şəhid olan Səməndər İsgəndərovun atası Vahid İsgəndərovla son danışığıdır.
“İki sahil.az” internet səhifəsi həmin söhbəti təqdim edir.
Qeyd edək ki, Səməndər İsgəndərov 1996-cı ilin 23 fevralında Masallı rayonunun Sərçuvar kəndində anadan olub. Səfəralı Məmmədov adına Sərçuvar kənd tam orta məktəbini bitirdikdən sonra, 2014-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. Əsgərlikdən qayıtdıqdan sonra Kərbəla ziyarətgahına yollanıb. Kərbəlayi adına yiyələndikdən sonra isə atasının yanında avtomobil təmiri ustası kimi çalışıb. 2020-ci ilin sentyabrında çağırış əsasında ön cəbhəyə yollanıb. Şuşanın alınması uğrunda gedən döyüşlərdə xüsusi şücaət göstərərək şəhidlik zirvəsinə yüksəlib.
Bütün şəhidlərimizə Allah rəhmət etsin. Amin!
Şəhidin ailəsindən hazırlanan müsahibə ilə bu linkdə tanış ola bilərsiniz:
http://ikisahil.az/post/shehid-anasi-nishanlisini-bizleri-yariyolda-qoydu-oglum-fotovideo
https://www.youtube.com/watch?v=MUHgcr0rSC4