15 yanvar 2021 14:53
752

Roman Qrojan yeni mövsümü “IndyCar”da keçirə bilər

Roman Qrojan 2021-ci il mövsümünü “IndyCar”da keçirə bilər.

"İki sahil" xarici mediaya istinadən xəbər verir ki, Formula 1-dəki karyerasını Bəhreyn Qran-Prisi zamanı baş verən qəza səbəbindən vaxtından əvvəl bitirən pilot 2021-ci ildəki çıxışı ilə bağlı “Dale Coyne Racing” komandası ilə danışıqlar aparır.

Keçidin gələn həftə təsdiqlənəcəyi gözlənilir. Bu da fransız sürücüyə yeni başlayanlar üçün müntəzəm mövsümöncəsi proqram çərçivəsində keçiriləcək test yarışlarında iştirak etməyə imkan verəcək.