19 yanvar 2021 15:14
698

Millinin baş məşqçisi qovuldu

Polşa millisi baş məşqçisi Yeji Brjeçeklə yollarını ayırıb.

“İki sahil”  xəbər verir ki, bu haqda Polşa Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.

50 yaşlı mütəxəsis istefaya göndərilib. Qurumun sözçüsü Yakup Kvyatkovski Brjeçekin istefasının səbəbini açıqlamaqdan imtina edib: "İki ildən çox işlədiyi üçün ona minnətdarıq. Hazırda nə olacağı barədə düşünəcəyik. Dünya çempionatının seçmə mərhələsinə iki ay qalıb".

Brjeçek 2018-ci ilin avqustundan Polşa seçməsinə rəhbərlik edir. Komanda onun rəhbərliyi altında AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanıb.