24 yanvar 2021 16:31
1096

FHN azyaşlını xilas etdi

Gəncə şəhərinin Nizami rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.