05 fevral 2021 14:26
1979

Qütb parıltısının yaranma səbəbi nədir?

"İki sahil" xarici mediaya istinadən xəbər verir ki, aurora adlanan bu təbiət möcüzəsinə Qütb parıltısı deyilir.

Şimal qütbündə baş verənlər Aurora Borealis, Cənub qütbündə baş verənlər isə Aurora Australis adlanır. Hər şeydən əvvəl, parıltını yaradan Günəşdir. Günəşdə davamlı partlayışlar meydana gəlir və bu partlayışlar nəticəsində Günəşdən kosmosa atılan hissəciklər günəş küləkləri vasitəsiylə kosmosda yüksək sürətlə hərəkət edir. Bu hissəciklər, yəni sərbəst elektronlar və protonlar, Günəş küləkləri tərəfindən dünyaya gətirilir. Yerin maqnit sahəsi yüklü hissəciklərin qarşısını böyük ölçüdə alır. Buna baxmayaraq, bəzi hissəciklər yerin atmosferinə daxil olur və bu hissəciklər atmosferdəki qaz molekulları ilə toqquşur. Başqa sözlə, bu möhtəşəm işıq şüaları Günəşdən gələn yüklü hissəciklərin Yer atmosferinə daxil olaraq oksigen və azot qazları ilə toqquşması nəticəsində meydana gəlir.

Röya Rasimqızı, "İki sahil"