Nəsimi Rayon İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
DİN-dən “İki sahil”ə verilən məlumata görə, şöbəyə əvvəllər dəfələrlə məhkum olunmuş Əli Ağayevin üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs qısa zamanda tutularaq Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd sandıqça və 2 ədəd patron aşkar olunaraq götürülüb. Əli Ağayev silah-sursatın ona məxsus olduğunu, bir müddət əvvəl tapdığını buna baxmayaraq polis əməkdaşalarına təhvil vermədiyini bildirib.
Faktlarla bağlı 22-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilib.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Tərəqqi yolunun başlanğıcı” adlı tədbir keçirilmişdir
Milli Preventiv Qrupun üzvləri tərəfindən Dövlət Vergi Xidmətinin Müvəqqəti Saxlama Yerinə növbəti planlı başçəkmə həyata keçirilib