Hürufilik təriqətinin banisi Fəzlullah Nəiminin (1339-1394) harada doğulması barədə tarixi məlumatlar fərqlidir.
Geniş yayılmış fikrə əsasən, o, Xəzər dənizinin cənub-şərqində yerləşən Astarabad şəhərində dünyaya gəlmişdir. Hal-hazırda İranın tərkibinə aid olan bu şəhər Gürgan adlanır. Nəimi tarixi mənbələrdə daha çox Astarabadi ləqəbi ilə xatırlanır. Lakin bəzi müəlliflər onu "Təbrizi" ləqəbi ilə qeyd etmişlər (o cümlədən, Katib Çələbi "Kəşfüz-zünun" kitabında İbn Həcər Əsqəlaniyə istinadən, M. Tərbiyət "Danişməndani-Azərbaycan" kitabında və s.). Nəiminin öz təbliğatına Təbrizdən başladığını qeyd edənlər də üstünlük təşkil edir. Hər halda, Nəimi Azərbaycan ərazisində öz təriqətini yaymış, bir müddət Bakıda yaşamış, Naxçıvanda qətlə yetitilmişdir.