Sakit Okeanda yerləşən Kiribati bir-birindən uzaqda yerləşən adalardan ibarətdir. “İki sahil” xəbər verir ki, çox böyük bir əraziyə yayılan kiçik adalardan ibarət olan ölkə eyni anda iki fərqli günü yaşayır. Kiribati dünyanın əsas hissəsindən çox uzaq olduğu üçün ora getmək çətindir. Üstəlik, ora getmək istəyən ölkələrin demək olar ki, bütün vətəndaşlarının vizası olmalıdır. Bura eyni zamanda dünyada yeni ilə qədəm qoyan ilk və son ölkədir. Bunun səbəbi Kiribati torpaqlarının gün batan xəttində yerləşməsidir.
1999-cu ildə Birləşmiş Millətlər Təşkilatına üzv olan bu yer, dünyanın ən uzaq ölkələrindən biridir. Sakit Okeanda çox böyük bir əraziyə yayılan kiçik adalardan ibarət olan Kiribati çox maraqlı bir ölkədir. Ölkə əhalisinin təxminən 90 faizi Kiribatinin Gilbert adalarında yaşayır. Bununla birlikdə, dağılmış əhali adaların bir-biri ilə əlaqəsini çətinləşdirir.
Paytaxtı Cənubi Tarava olan Kiribatinin ümumi əhalisi 92.533 nəfərdir. Bu yer həm də ən çox əhalisi olan şəhərdir.
Cənubi Tarava əhalisi ölkə əhalisinin yarısından çoxunu təşkil edir. Şəhərdə 50 mindən çox insan yaşayır. Ən yüksək hündürlüyü 80 metr olan Kiribati demək olar ki, dəniz səviyyəsinə bərabər bir yüksəklikdədir. Balıqçılıq Kiribatinin ən əsas gəlir mənbəyidir.
Toxunulmamış çimərlikləri və olduqca gözəl sahil xətti ilə diqqət çəkən ölkələrdən biri olan bu ölkə, uzaq məsafə səbəbindən turizm potensialını qura bilmir.
İngilis dilinin rəsmi dil olduğu ölkə iqtisadi və siyasi baxımdan Avstraliya ilə sıx təmasdadır.
Bu, coğrafi baxımdan Avstraliyanın Kiribatiyə ən yaxın ölkə olmasına böyük təsir göstərir.
Avstraliya dollarının rəsmi valyuta olduğu ölkəyə demək olar ki, bütün ölkələrin vətəndaşları viza ilə daxil ola bilərlər. Paytaxtda yerləşən hava limanı, bu ölkəni dünyaya bağlayan ən vacib hava limandır.
Kiribati şərq-qərb istiqamətində 4567 km və şimal - cənub istiqamətində 2051 km ərazini əhatə edir. Qeyd edək ki, gün batan xəttdə yerləşən Kiribati bu geniş yayılma sayəsində, eyni zamanda iki gün yaşayır.
Vüsal Cahanov, “İki sahil”