17 fevral 2021 15:07
1604

Zəngin şəhər dövlət- Sinqapur- FOTO

Uzaq Şərqdəki ən diqqətçəkici yerlərdən biri olan Sinqapur dünyanın hər yerində barmaqla göstərilən ölkədir.

“İki sahil” xəbər verir ki, bir şəhər əyaləti olan Sinqapur həm də dünyanın ən kiçik ölkələrindən biridir. Gəlin bu zəngin, xoşbəxt və kiçik ölkəni yaxından tanıyaq:

Sinqapur bu gün dünyanın ən firavan ölkələrindən biri hesab olunur. Adambaşına düşən milli gəlirin yüksək səviyyədə olduğu ölkə bir çox cəhətdən diqqəti  çəkir. Malay yarımadasının ən cənubunda yerləşən Sinqapur quru yolu ilə Malaziya, dəniz yolu ilə İndoneziya ilə qonşudur. Malay, Çin, İngilis və Tamil dilləri rəsmi dillər hesab edilir. Artıq nümunəsi olmayan şəhər əyalətlərindən biri olan Sinqapur, bölgənin ən demokratik ölkələrindən biri sayılır. 819-cu ildə ingilislər bölgəyə gələrək Sinqapuru bir müstəmləkəyə çevirəndə ölkənin tarixi kəskin şəkildə dəyişməyə başlayıb. O vaxta qədər Açeli basqınçıları tərəfindən tez-tez axın edilən kiçik bir qəsəbə olan Sinqapurun strateji əhəmiyyəti, daha da ortaya çıxmağa başlayıb. İngilislərin bölgədə inkişaf etmiş bir liman qurması da Sinqapur üçün dönüş nöqtəsi olub.

1824-cü ildə İngiltərə ilə Hollandiya arasındakı razılaşma ilə ingilislərə verilən Sinqapur 1869-cu ildə Süveyş kanalının açılması ilə Şərq və Qərb arasındakı ticarət yolunda həyati bir dayanacaq olub. İkinci Dünya Müharibəsi dövründə yaponların və  malayziyalıların hakimiyyəti altında olan Sinqapur 1965-ci ildə müstəqilliyini elan edib.

7199 kvadrat kilometr ərazisi olan Sinqapurun, son məlumatlara görə təxminən beş milyon yarım əhalisi var. Adambaşına gəliri 56226 dollar olan dünyanın ən zəngin dördüncü ölkəsi olan dövlət bu müvəffəqiyyəti ilə diqqət çəkir. Ekvator xəttinin 130 kilometr şimalında yerləşən  bu ölkədə hava il boyu isti və rütubətlidir. Geniş bir düzənlikdə qurulmuş ölkənin ən görkəmli yüksəkliyi 177 metrlik Timah təpəsidir.

Ölkədə dinamik iqtisadiyyata sahib bir çox göydələn var. Dünyaca məşhur şirkətlərin Sinqapurda nümayəndəlikləri var. Digər tərəfdən, turizmdə də inkişaf etmiş fürsətlərin olduğu Sinqapur bir çox zəncirvari otel şəbəkəsinə ev sahibliyi edir.

Bir zamanlar yağış meşələri ilə örtülmüş bölgə, şəhərləşmə nəticəsində bu yaşıllığın 85 faizini itirib. Ancaq Sinqapurda bu gün də çox sayda böyük park və yaşıllıq sahələri var. Təbii qaynaqlar baxımından kasıb bir ölkə olan Sinqapur sərvətini istehsal və ticarətə borcludur.

Bu gün ölkənin ən böyük etnik qrupu çinlilərdir. Əhalinin 74% -i çinlidir. Ölkədəki digər bir etnik qrup malaylardır. Buddizm və İslam burada ən çox yayılmış dinlərdir. Bundan əlavə  digər dinlərə də tolerant yanaşma var. Bölgəsinə görə sıx bir ölkə olan Sinqapurun ən diqqətçəkən məqamlarından biri də təmizlikdir. Güclü mədəni və ənənəvi əlaqələri olan bir ölkədə təmizlik də çox həssas bir məsələdir. Bu səbəbdən ətraf mühitin çirklənməməsinə görə ölkədə saqqız və bənzər şeylər qadağandır. Buranın  tarixi çox qədim olmadığı üçün turistlər üçün ən diqqətçəkən cəhət zamanla yaradılan lüks otellər, gecə həyatı və yaşayış sahələridir.

Vüsal Cahanov, “İki sahil”