Peruda polislə qadın arasında maraqlı hadisə yaşanıb.
“İki sahil” xəbər verir ki, Perunun paytaxtı Lima şəhərində küçəyə çıxma qadağasını pozan qadın polis məmuru tərəfindən saxlanılıb. Qısa müddət qadınla danışan polis məmuru daha sonra maskasını çıxarıb.
Qadağanı pozan qadın cəzalandırılacağını anlayan kimi polis məmurunu öpməyə çalışıb. O anlar ətrafdakı təhlükəsizlik kamerası tərəfindən qeyd edilib.
Kadrlarda polis məmurunun məhdudiyyəti pozan qadını öpdüyü əks olunub. Görüntülər sosial mediada paylaşıldıqdan sonra polis məmuru vəzifəsindən azad edildi.