19 fevral 2021 14:27
1223

AZAL Bakı-Dubay reyslərinə bilet satışına başladı

"Azərbaycan Hava Yolları" aviaşirkəti Bakı-Dubay-Bakı marşrutu üzrə reyslərə bilet satışının başlandığını elan edib.

Bu barədə "İki sahil"ə Azərbaycan Hava Yolları QSC-dən (AZAL) bildiriblər.

Uçuşlar martın 1-dən etibarən həftədə iki dəfə - birinci və beşinci günlər yerinə yetiriləcək.

Epidemioloji şərait qənaətbəxş olduğu təqdirdə martın 19-dan 29-dək olan dövrdə həmin marşrut üzrə uçuşlar hər gün həyata keçiriləcək.