Türkiyə mediasında “Fənərbaxça”nın hazırkı baş məşqçisi Erol Bulutla yolları ayıracağına dair xəbərlər yayılıb.
İstanbul təmsilçisi superliqanın 26-cı turunda öz meydanında “Göztəpə”yə uduzaraq (0:1) liderlik mövqeyini əldən verib.
"İki sahil" xəbər verir ki, bu oyundan sonra Erol Bulutun yerinə Okan Burukun gətiriləcəyi ilə bağlı iddialar ortaya atılıb. Ötən mövsüm “Başakşehir”i çempion edən gənc mütəxəssis isə həmin məlumatları təkzib edib.
“Fənərbaxça”dan təklif almamışam. Belə bir iddialar olsa da, doğru deyil”- deyə o “Sabah” qəzetinə bildirib.