Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
"İki sahil"in AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 58,3 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.
Bununla da tələb 18 fevral 2021-ci il tarixində keçirilən hərracla müqayisədə 11,4 milyon dollar və ya 24,3 faiz artıb.