"Təklif edirəm ki, Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsi öz balansında olan qanunların təkmilləşdirilməsi ilə məşğul olsun”.
"İki sahil" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.
Deputat bildirib ki, məişət zorakılığı ilə bağlı qanunda müəyyən yanaşmalar dəyişməlidir: “Dünya dövlətlərində bununla bağlı işlər aparılır, dinləmələr keçirilir. Türkiyədə zorakılıq törətmiş ailələr üçün müəyyən edilən cərimələr 100% həcmində qadına ödənilir. Azərbaycanda isə bu cərimə dövlətə ödənir. Bu da ailənin iqtisadi gücünə və qadının iqtisadi baxımdan səlahiyyətləndirilməsinə ciddi problem yaradır”.