23 fevral 2021 23:42
1095

Polis bölməsinin yaxınlığında partlayış

Somalinin paytaxtı Moqadişo şəhərinin Hamarven bölgəsində yerləşən polis bölməsinin yaxınlığında güclü partlayış olub.

“İki sahil” xəbər verir ki, bu barədə Somalinin “Garowe” xəbər portalı məlumat yayıb. Məlumata görə, hücumu terrorçu-kamikadzenin həyata keçirdiyi güman edilir. Partlayışın baş verdiyi ərazi ordu bölmələri tərəfindən mühasirəyə alınıb. Mümkün zərərçəkənlərə dair hələlik heç bir məlumat verilmir.