24 fevral 2021 01:21
396

Marsda yaşayan mikroorqanizmlər

Almaniyadakı Bremen Universitetinin alimləri Mars planetinin atmosferi şəraitində böyüyə və inkişaf edə bilən mikroorqanizmlər aşkar ediblər.

"İki sahil" bildirir ki, bu barədə "Frontiers in Microbiology" jurnalında dərc olunan araşdırmada qeyd olunub. Elmi işdə bildirilib ki, siyanobakteriyalar və ya mavi-yaşıl yosunlara əsaslanaraq Mars səthində yaşayacaq insanlar üçün həyatı dəstəkləyən sistemlər yaratmaq mümkündür.

Alimlər müəyyən edib ki, siyanobakteriyalar aşağı təzyiqə baxmayaraq, Mars atmosferindəki qazları karbon və oksigen mənbəyi olaraq istifadə edərək həyatını davam etdirə bilir.