27 fevral 2021 12:34
1434

Bu avtomobil markası loqosunu 11-ci dəfə dəyişdi - FOTO

Son 10 ildə modellərini tamamilə yeniləyən dünyaca məşhur avtomobil istehsalçısı "Peugeot" yeni istehsallarını tamamlamaq üçün loqosunu yenidən dəyişib.

"İki sahil” xəbər verir ki, "Peugeot"nun 1850-ci ildən bu yana bütün modellərində "aslan" emblemini daşıyan 10 fərqli loqosundan sonra yeni 11-ci versiya təqdim edilib. Avtomobil nəhənginin qlobal dizayn studiyası "Peugeot Design Lab" tərəfindən hazırlanan yeni loqosu təqdim olunub.

Loqodakı "aslan" emblemi, eyni zamanda güclü və instinktiv bir marka olmağı əks etdirir. "Peugeot"nun yeni logosu dünən, bu gün və sabah nə demək istədiyini özündə təcəssüm etdirir.

Qeyd edək ki, bu markanın həm minik avtomobilləri, həm də yüngül ticarət avtomobilləri də var.
 

Vüsal Cahanov, "İki sahil"