01 mart 2021 15:42
1528

Dünyanın ən möhtəşəm binalarından biri - Macarıstan Parlamenti-FOTO

Budapeştdə Dunay çayı sahillərindəki möhtəşəm quruluşu olan Macarıstan Parlament binası həm də ölkənin vacib memarlıq tikililərindən biridir.

“İki sahil” xəbər verir ki, Avropa qitəsinin ən böyük parlament binası olan bu tarixi tikili 1904-cü ildən, yəni istifadəyə veriləndən bu günə kimi Macarıstanın əsas simvollarından biri olub. Macar tarixinin atributları ilə işlənildiyi bu bina Budapeştə gələn turistlərin heç vaxt biganə qala bilməyəcəyi bir möhtəşəmliyə sahibdir. Möhtəşəm binanın memarı İmre Steindl Macarıstan Parlament binasının inşası əsnasında görmə qabiliyyətini itirib və 1902-ci ildə onun tamamlanmasına şahid olmadan vəfat edib. Şübhəsiz ki, Budapeşt haqqında danışarkən ağla gələn ilk şeylərdən biri Dunay çayıdır. Bu çay ilə bütövləşən Szechenyi körpüsü və Macarıstan Parlament binası Budapeştə möhtəşəm bir gözəllik qatır. Şəhərin Pest hissəsində yerləşən bu bina həm macar, həm də Avropa tarixi baxımından böyük əhəmiyyətə malikdir. Bu bina sadəcə bir parlament binası deyil, eyni zamanda ölkənin milli kimliyinin ən vacib simvollarından biridir. Macarların bu gün fəxr etdikləri memarlıq əsərlərindən biri olan bu tarixi bina ölkənin demokratiya tarixində böyük rol oynayır. 691 otağın yerləşdiyi bu möhtəşəm parlament binasında bir çox detal Macarıstan tarixinin əhəmiyyətli hissələrinə istinad edilərək işlənib. UNESCO-nun Dünya İrsi Siyahısında olan bina ümumi uzunluğu 268 metr və eni 123 metr olan ərazini əhatə edir. Dörd mərtəbədən ibarət olan parlament binasının günbəzinin hündürlüyü yerdən 96 metrdir.

Bu yüksəklikli Macarıstan Parlament binası Müqəddəs İstvan Bazilikası ilə birlikdə Budapeşt şəhərinin mərkəzindəki ən yüksək iki tikili sayılır. Macarlar bu mövzuda çox həssasdırlar. Macarların Orta Asiyadan vətənlərinə gəlişinin mininci ili olmasından 1896-cı ildə istifadəyə verilməyə başlanan bina, təəssüf ki, bu tarixdə tamamlanmayıb. Bunun səbəbi binanın böyüklüyü və bir çox detalların olmasıdır. İş o yerə çatmışdı ki, inşasına 1885-ci ildə başlanan binada illərlə mindən çox işçi çalışıb. Yeni parlament binasının inşası yarışmasında birinci yeri qazanan İmre Steindlin dizaynı Macarıstan Parlament binası olaraq inşa edilməyə başlanarkən Dunay çayının digər tərəfində yarışmada ikincilik və üçüncülük mükafatları alan əsərlər də inşa edilib. Bu tikililər bu gün Etnoqrafiya Muzeyi və Kənd Təsərrüfatı Nazirliyi olaraq istifadə olunur. Macarıstan Parlament binasının tikintisində 40 kiloqram qızıldan istifadə edildiyi halda, 40 milyon kərpicdən də istifadə edilib. Binanın çaya baxan ən möhtəşəm tərəfində tarixdə yaşamış 242 Macarıstan hökmdarının və əsgərinin heykəli var. Binanın girişində Macarların lideri Arpad, ilk kralı İstvan Yanoş Hunyadi kimi şəxslərin heykəlləri var. Binanın şərqində 1956-cı il Macarıstan inqilabının xatirəsinə inşa edilmiş bir abidə də var. Macar tarixində əhəmiyyətli bir yerə sahib olan Ferenc Rakoczi və Layos Kossuth kimi iki liderin xatirəsi bu möhtəşəm tikilinin yerləşdiyi Kossuth Meydanında yaşayır. Tarixi parlament binasına qayıdası olsaq binanın çölə açıldığı meydandakı digər bir mühüm heykəl Gyula Andrassyyə məxsusdur. Macar tarixinin digər bir mühüm adı olan İmre Nagy Macarıstan Parlament binasındakı unudulmaz adlardan biridir. Macarıstan Krallığının müqəddəs tacının da uzun müddət sərgiləndiyi bu nəhəng binanın bərpasına daim fikir verilir. 27 fərqli qapısı olan tarixi binanın günbəzində intibah ilhamları vardır. İnşasında yarım milyon qiymətli daşın istifadə olunduğu Macarıstan Parlament binası Budapeştə gələn turistlərin ən çox ziyarət etdiyi yerlərdən biridir.

Binaya 2 nömrəli metro xətti ilə asanlıqla çatmaq mümkündür. Müəyyən vaxtlarda bina qapılarını ziyarətçilərə açır. Əksər vaxtlarda isə tarixi binada məclis iclasları keçirilir.

Vüsal Cahanov, “İki sahil”