02 mart 2021 00:07
1003

Selin Yeninci koronavirusa yoluxub

Türkiyənin ATV kanalında yayımlanan "Bir zamanlar Çukurova" serialının ulduzu Selin Yeninci koronavirusa yoluxub.

"İki sahil" xəbər verir ki, ekran işində "Saniye" obrazını canlandıran aktrisanın "COVID-19" testinin nəticələri pozitiv çıxıb. Ev şəraitində müalicə olunan S. Yenincinin vəziyyəti ağırlaşıb. Uzun müddət virusdan sağala bilməyən 33 yaşlı aktrisa təcili olaraq xəstəxanaya aparılaraq reanimasiya şöbəsinə yerləşdirilib.