03 mart 2021 16:31
815

"Times" qəzetində Xocalı soyqırımından bəhs edilib

"Azəri" Yeni Zelandiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə ölkənin nüfuzlu "Times" qəzetində Xocalı soyqırımına həsr olunmuş məqalə dərc olunub.

"İki sahil" Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, məqalədə Azərbaycanın qədim şəhəri Xocalının tarixi, Xocalı şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal olunmasının səbəbləri, 1992-ci il fevralın 25-dən 26-na kecən gecə erməni faşistlərinin bu şəhərdə yaşayan dinc azərbaycanlılara qarşı dəhşətli soyqırım aktı törətdikləri və beynəlxalq KİV-lərdə faciənin işıqlandırılması barədə ətraflı məlumat verilib.

Yazıda Ermənistanın eks-prezidenti Serj Sarkisyanın britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində "Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, onlar (ermənilər) sadəcə zarafat edirlər. Azərbaycanlılar bu fikirdə idi ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu fikirləri dağıtmaq lazım idi" etirafı xüsusilə nəzərə çatdırılıb.

2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində dünyanın müxtəlif şəhərlərində aksiyalar keçirildiyi vurğulanıb.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: https://issuu.com/times_e-editions/docs/times02mar21/15