03 mart 2021 22:20
1131

"WhatsApp”da yeni funksiya

Məşhur "WhatsApp" messencerində "öz-özünə yox olan" fotoşəkil göndərmə funksiyası təqdim olunacaq.

"İki sahil" xəbər verir ki, "WABetaInfo" portalı məlumat yayıb. Tətbiq fotoşəklin önizləmə pəncərəsindəki mətn qutusunun yanında yeni bir düymə əlavə edəcək. Həmin düymənin üzərinə vurduqdan sonra istifadəçi şəkli paylaşa bilər, lakin göndərən şəxs söhbəti tərk edən kimi şəkil avtomatik olaraq yox olacaq. Fotonu qəbul edən şəxsə isə şəklin silinməsi barədə bildiriş göndəriləcək. Yenilik "Android" və "iOS" üçün tətbiqetmənin yenilənmiş versiyasında istifadəyə veriləcək.