“Azərbaycanda gömrük tariflərinin məcmuəsində differensiallaşdırılmış tarifin orta çəkisi (orta tarif dərəcəsi) ötən il 5,57 faiz olub”.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev keçirdiyi brifinqdə deyib.
S. Mehdiyev qeyd edib ki, 2018-ci ildə bu rəqəm 4,5 faiz, 2019-cu ildə 4,75 faiz olub.
Ötən il ölkəyə idxalın dəyərinin 59 faizi gömrük rüsumlarından, 26 faizi əlavə dəyər vergisindən azad olunub.
2020-ci ildə ölkəyə 10,73 milyard ABŞ dolları dəyərində idxalın fonunda Gömrük Komitəsi 3 milyard 938 milyon 242 min manat gömrük ödənişləri toplayıb.
Fariz Cəfərov: Azərbaycan süni intellekt (AI) üçün vacib olan enerji resurslarını təmin edən ölkəyə çevrilir
İqtisadiyyat naziri “Global Infrastructure Partners” şirkətinin rəhbəri ilə görüşüb
Energetika naziri II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Azərbaycanın enerji infrastrukturu üzrə prioritetlərindən danışıb
“Yeni investisiya istiqamətləri: daşınmaz əmlak, turizm və şəhər inkişafı” mövzusunda panel sessiya keçirilib
“İnsan kapitalına və gələcəyin bacarıqlarına investisiya” mövzusunda panel sessiya keçirilib