04 mart 2021 13:56
905

Yeni nəsil batareyalar 28 il işlək qalacaq - FOTO

Elmi inkişaf sərhəd tanımır. Dünyanın müxtəlif yerlərindən olan alimlər gələcək nəsillərin həyatını daha da asanlaşdırmaq üçün fərqli yeniliklər axtarıb tapırlar. Son illər elm adamları daha təhlükəsiz və effektiv enerji mənbələri axtarışındadırlar. Bu yöndə Kaliforniya alimləri bir ilkə imza atıblar: onlar 28 il işləyə bilən nanobatareya hazırlayıblar.

 Bu yaxınlarda Kaliforniyanın NDB şirkəti 28 il işlək qala biləcək batareyanın konseptini təqdim edib.

Batareyanın enerji mənbəyi nüvə qırıntıları olacaq, nanobatareya nüvə reaktorlarında istifadə olunan radioaktiv izotoplarla işləyəcək.

Radioaktiv nüvə sözünü eşitdikdə insanlarda bir qədər şübhə yaranır, lakin alimlər bunu da qabaqcadan nəzərə alaraq, onun üzərini sintetik almazla bir neçə qat örtüblər. Hamıya məlumdur ki, almaz ən bərk və dözümlü maddələrdən biridir.

Yeni batareya bütün növ qadjet və smartfonlarda, hətta elektrik maşınlarda da istifadə oluna bilər.

Nanobatareyanın bazara satışa nə vaxt çıxarılacağı hələlik dəqiq məlum deyil. Şirkət hazırda bu yöndə işləri sürətlə davam etdirir.

Nubar Süleymanova, “İki sahil”