Birləşmiş Millətlər Təşkilatının (BMT) Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) fevral ayı üzrə Qlobal Qida Qiymətləri İndeksini açıqlayıb.
"İki sahil" xəbər verir ki, FAO Qida Qiymətləri İndeksi fevral ayında 2,4 faiz artaraq 116 səviyyəsinə yüksəlib. Artım illik müqayisədə 16,74 faiz olub.
Beləliklə, indeks 9 aydır ki, ardıcıl olaraq yüksəlməyə davam edib və 2014-cü ilin iyulundan bəri ən yüksək səviyyəsinə çatıb. Yanvarda 113 olan indeksin fevralda artmasına şəkər və bitki yağları alt indeksi səbəb olub.
FAO Qida Qiymətləri İndeksində geniş ticarət olunan qida məhsullarının beynəlxalq qiymətlərindəki aylıq dəyişiklikləri izləyən 5 alt qrup mövcuddur.
FAO Şəkər Qiymət İndeksi, yanvar ayı ilə müqayisədə 6,4 faiz artıb. Əsas istehsalçı ölkələrdə istehsalın azalması və Asiyadan gələn güclü idxal tələbi, qlobal tədarükün artması ilə əlaqədar davamlı narahatlıqlar qiymət artımına səbəb olub. Lakin Tailanda istehsalın bərpası və Hindistanda məhsul istehsalında artım gözləntisi daha böyük qiymət artımını qabaqlayıb.
FAO Bitki yağı qiymətləri indeksi 6,2 faiz artaraq 2012-ci ilin aprelindən bəri ən yüksək səviyyəyə çatıb. Palma, soya və günəbaxan yağının qiymətləri artıb.
FAO Süd məhsulları Qiymətləri İndeksi isə Çinin idxalının Qərbi Avropadan məhdud tədarüklərlə qarşılandığı kərə yağının ixrac qiyməti fonunda 1,7 artıb. Pendirin qiyməti isə ABŞ-dakı böyük miqdarda ehtiyatının olması səbəbindən qismən düşüb.
FAO Taxıl Qiymətləri İndeksi yanvar ayına nisbətən orta hesabla 1,2 faiz artıb. Qarğıdalı, buğda və düyünün qiymətlərində isə ciddi dəyişiklik olmayıb.
FAO Ət Qiymət İndeksi, əsas istehsal bölgələrində iribuynuzlu və heyvanlar üzrə ət tələbatın artması fonunda 0,6 faiz artıb.
Təşkilat qlobal istehsal, istehlak, ticarət və ehtiyatların yenilənmiş qiymətləndirmələrini özündə cəmləşdirən Taxıl Təchizatı və Tələb Xülasəsini də nəşr edib.
FAO-nun ilkin hesablamalarına görə, qlobal buğda istehsalının artaraq 2021-ci ildə 780 milyon tona çatmaqla yeni bir rekorda imza ata bilər. Cənubi Afrikada qarğıdalı istehsalının 2021-ci ildə rekord səviyyəyə çatması, Cənubi Amerikadakı istehsalın da orta göstəricidən çox olması gözlənilir. Təşkilat 2020-ci il taxıl mövsümü proqnozunu 2 milyard 761 milyon tona qədər artırıb. Bu, keçən ay edilən 2 milyard 744 milyon ton təxmininə görə illik müqayisədə 1,9 faiz artımın olduğunu göstərir. Qlobal düyü istehsalı üçün isə 2,6 milyon ton artım proqnozlaşdırılır.