04 mart 2021 16:42
1197

Günəbaxan tumları qocalmanın qarşısını alır?

Günəbaxan tumları çox faydalı  məhsul hesab olunur. Son illər ərzində  amerikalı alimlər tərəfindən aparılan araşdırmalar təsdiq edib ki, tumun gündəlik az miqdarda istehlakı orqanizmdə qocalma proseslərini ləngidir. Lakin nəzərə alın ki, tum  mütləq çiy olmalıdır.

Qeyd edək ki, günəbaxan tumlarının  tərkibində çoxlu miqdarda fosfolipid, vitamin və sterollar var. Heç bilirdinizmi ki, fosfolipidlər sözün əsl mənasında möcüzəli bir maddələrdir, onların orqanizmə müsbət təsiri olduqca çoxdur. Onlar ürək-damar sistemi xəstəliklərinin qarşısını alır, qaraciyəri piylənmədən qoruyur, sinir sisteminin fəaliyyətini tənzimləyir və s. Sterollar da, həmçinin həyatı uzatmaq, cavanlığı və sağlamlığı qorumaq xüsusiyyətlərinə malikdir. Bu tumlar  E vitamini ilə də  zəngindir. O da  əsasən  gəncləşdiricidir. Həmçinin tum kalium və maqneziumla zəngindir ki, bu 2 maddə isə ürəyin sağlamlığı üçün olduqca vacibdir.

Samirə Tağıyeva, "İki sahil"