04 mart 2021 19:05
1164

Paytaxt yollarında sıxlıq var SİYAHI

Hazırda paytaxtın küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən "İki sahil"ə verilən məlumata görə, sıxlıq səbəbində müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var.

Sıxlıq olan yolların siyahısını təqdim edirik:

1. Üzeyir Hacıbəyli küçəsi – Mərkəz istiqamətində sıxlıq

2. Tbilisi prospekti – Hər iki istiqamətdə sıxlıq

3. Ziya Bünyadov prospekti – 20 Yanvar dairəsi istiqamətdə sıxlıq

4. Ağa Neymətulla küçəsi – Heydər Əliyev prospekti kəsişməsindən sonra üzü Nərimanov m/st istiqamətində sıxlıq

5. Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti və Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq

6. Abdulvahab Salamzadə küçəsi – Hər iki istiqamətdə sıxlıq

7. Koroğlu Rəhimov küçəsi – Hər iki istiqamətdə sıxlıq

8. Bakı-Sumqayıt şossesi – Şamaxinka dairəsi və 20 Yanvar dairəsi istiqamətində sıxlıq

9.Heydər Əliyev prospekti şəhər mərkəzi istiqaməti kənar yol (bu hissədə hazırda 30-dan çox avtobus sıxlıqda qalıb).