“Rüstəm İbrahimbəyovun "ssenari" müəllifi olduğu "Qafqaz triosu" filmi ölkəmizə və xalqımıza, qan yaddaşımız və tariximizə qarşı hörmətsizlik və təhqirdir”.
Bu fikirləri özünün Tvitter hesabında millət vəkili, QHT Şurasının sədri Azay Quliyev yazıb.
Şura sədri bildirib ki, bu film, azərbaycanlılara qarşı nifrət yaratmaq məqsədli siyasi sifarişin və xəyanətin məhsulu kimi nəzərdən keçirilməlidir.