05 mart 2021 14:59
1223

 Qlobal istiləşmə körpələrin sağlamlığına da təsirsiz ötüşmür

Qlobal istiləşmə körpələrin sağlamlığına mənfi təsir göstərir. Bu barədə “Nature Sustainability” jurnalında braziliyalı və britaniyalı alimlərin tədqiqatlarının nəticələri dərc edilib.

Braziliyada aparılan təcrübələr zamanı məlum olub ki, ekstremal hava şəraiti erkən doğuşlara səbəb olur, yaxud körpələr çəki, boy əskikliyi ilə doğulurlar.

Alimlər iqlim dəyişikliyinin, pis hava şəraitinin, xüsusən də Amazonda son dərəcə güclü yağışların çaylarda daşqınlara səbəb olduğunu, içməli su problemi, eyni zamanda ağcaqanadlar üçün ideal çoxalma şəraiti yaratdığını və malyariya və digər xəstəliklərin yayılmasına yol açdığını bildiriblər.

Nubar Süleymanova, “İki sahil”