05 mart 2021 14:59
833

Bumeranqın geri qayıtmasının səbəbi...

Təyyarənin qanadları kimi, bumeranqın da aşağı səthi düz, yuxarı səthi isə qabarıqdır.
Bumeranqın bu cür quruluşu rahat uçmaq üçün hava axını yaradır. Bumeranqın bir "qanadı" digərindən fərqlənir. Bir qanadın iti səthi içəriyə, digəri isə bayıra tərəf olur. Onun geriyə dönməsinin əsas səbəbkarı atış üsulu və sürətdən asılıdır. Bumeranqın başlanğıc sürəti saatda ən azı 10 kilometr, fırlanma sürəti isə saniyədə ən azı 10 dövrə olmalıdır.
Bumeranq havada uçduğu zaman bir tərəfi daha iti olduğu üçün tədricən həmən tərəfə doğru dönür. Bu, velosipedi sükansız sürmək kimidir. Siz hansı tərəf əyilsəniz, sükan o tərəfə doğru dönür. Bumeranq da havada dairəvi dönərək geri qayıdır.

Röya Rasimqızı, "İki sahil"