Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində Şuşa şəhərinə səfərdən görüntülər paylaşıb.
"İki sahil"in məlumatına görə, paylaşımda deyilir:
"Əziz bacılar və qardaşlar!
Bu gün - Torpaq çərşənbəsi günündə biz yenidən doğma Şuşa şəhərimizi ziyarət etdik. Səfərimizin görüntülərini böyük məmnuniyyətlə sizinlə paylaşıram. Hər birinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və əmin-amanlıq arzulayıram! Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm! Uca Tanrı sizi və doğmalarınızı qorusun!
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN"
Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB/FOTO
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar
Şuşa Qlobal Media Forumu Azərbaycanın yaratdığı mühüm beynəlxalq dialoq məkanına çevrilib - Ülviyyə Ağayeva
Həyata keçirilən layihələr Azərbaycanın Avrasiya məkanında mühüm logistika mərkəzinə çevrilməsinə imkan verib