17 mart 2021 16:26
2078

Xanımlar dəbdə olan geyimləri sevirlər...

Beretlər

Beretlər bütün yaşlar üçün keçərlidir. Onlardan demək olar ki,  hamı istifadə edib və indinin özündə də bu aksessuar çox  aktualdı.

Darbalaq şalvar

Elə bir geyimdir ki, hər bir qarderobda olmalıdır. Nə ilə istəsən, onu kombin etmək olar. Gəzintiyə çıxarkən geyinə biləcəyiniz ən rahat geyimlərdəndir.

Mirvari

Mirvari ilə bəzədilən istənilən don  sizin görünşünüzə zəriflik qatacaq. Bəzi xanımlar üçün mirvarı  onlara gözəlliyinə zəriflik qatan bir   aksessuar , bəziləri üçün isə hətta uğur həmailidir.

Kiçik qara don

Koko Şanelin kəşf etdiyi  qara don  hər bir qadının qarderobunda olmalıdır. Qara don bütün xanımları çıxılmaz vəziyyətdən xilas edir.  Adi qara donu gündəlik tərzdə geyindiyimiz kimi, ona parlaq aksessuar əlavə etdikdə ziyafət geyimi kimi də istifadə edə bilərik.

Dəri gödəkcə

Dəri gödəkcə çoxdan metalçıların və baykerlərin atributu olmaqdan çıxmışdır. İndi bu cür geyimlərı nümunəvi davranışlı qızlar da geyinir. Dəri gödəkcə sizin obrazınıza hər zaman bir aktuallıq gətirəcək.

Bej rəngli tufli

Ayaqqabıların arasında bej rəngli tuflilərin rəqibi yoxdur. Onlar vizual olaraq ayaqları 1-2 sm uzun göstərir . Əsas odur ki, bu tip ayaqqabını seçərkən dəri rənginizi də nəzərə alasınız. Ayaqqabını seçərkən materialına da fikir verin. Zamuj materiallı tufli əsasən orta yaşlı xanımlara, dəri material işgüzar xanimlara, lak ayaqqabılar isə gənc xanımların üstünlük vermələri daha məqsədəuyğundur.

Qələm – ətək

Ofis geyiminin ən uğurlu variantı bu stildə olan ətəklərdi. Bu tip ətəyi əsasən dikdaban ayaqqabı ilə kombin etmək lazımdır. Eyni tonlu klassik rənglərin ahəngindən olan qələm –ətəklər  işgüzar xanımların əvəzedilməz geyimi olmalıdır. Belə ətəklər universaldır, bu geyimə hər cür köynək, aksessuarlar və ayaqqabı seçmək olar.

Həcmli sviter

Bu tip geyimə üstünlük verən   əsasən kompleksiz xanımlardı. Həcmli sviteri leqinslər və ya  yüngül ətək ilə də geyinə bilərsiniz. Həcmli sviterlər son illər ərzində ilin ən  dəbli geyimlər sırasındadır.

Samirə Tağıyeva, "İki sahil"